Daha bir süpürgəçini maşın vurdu

daha-bir-supurgecini-masin-vurdu
Oxunma sayı: 1849

Gəncədə Təmizlik İdarəsinin işçisini avtomobil vurub.

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini, Təmizlik İdarəsinin işçisi, 1952-ci il təvəllüdlü Şərifova Gülçöhrə yolu süpürən zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb. 

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli