Daha bir təyyarə qəzası - Milyonçu öldü

daha-bir-teyyare-qezasi
Oxunma sayı: 5097

Böyük Britaniyanın “Compass Group” şirkətinin icraçı direktoru Riçard Kazins və yaxın qohumları Avstraliyada təyyarə qəzası nəticəsində həlak olublar.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, birmühərrikli “DHC-2” təyyarəsi Hoksberi çayına düşüb. Qəza nəticəsində pilot və təyyarədəki beş sərnişin həlak olublar.

50 fəaliyyət göstərən “Compass Group” zavodlara, məktəblərə, universitetlərə, xəstəxanalara, həbsxanalara, idman obyektlərinə və neft platformalarına ərzaq çatdırılması ilə məşğuldur. İl ərzində şirkət dörd milyarda yaxın insana xidmət göstərir.

Qeyd edək ki, dünən Kosta-Rikada baş verən təyyarə qəzasında 12 nəfər ölmüşdü.