Daha bir təyyarə yoxa çıxdı- - 116 nəfər həlak oldu+Yenilənib

daha-bir-teyyare-yoxa-cixdi-
Oxunma sayı: 4595


Malaziyadan sonra Əlcəzairin “Air Algerie” hava yollarına məxsus təyyarə ilə əlaqə kəsilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Algerie Press Service” məlumat yayıb. “Air Algerie” hava yollarının yaydığı açıqlamada bildirilir ki, sərnişin təyyarəsi Burkino Fasonun paytaxtından Əlcəzairə yola düşürdü. Təyyarə havaya qalxdıqdan 50 dəqiqə sonra onunla əlaqə kəsilib.

***

Təyyarədə ilkin ehtimallara görə azı 112 nəfər sərnişin olub.

***

Radarlardan yoxa çıxan “Air Algerie” təyyarəsi Niger şəhərinin paytaxtında qəzaya uğrayıb. Bu barədə yerli telekanallar məlumat yayıb. 

İlkin məlumata görə, təyyarədə olan 110 sərnişin və 6 ekipaj üzvü həlak olub.