Daha bir ulduz ABŞ-a yollanır

daha-bir-ulduz-abs-a-yollanir
Oxunma sayı: 1149

Miroslav Kloze karyerasının Amerika Birləşmiş Ştatlarında davam etdirə bilər.

“Qafqazinfo” xəbər verir ki, “Latsio”nun hücumçusu “Orlando Siti”nin maraq dairəsinə düşüb.

İtaliya mətbuatının yazdığına görə, 37 yaşlı forvard daha 2 il yaşıl meydanlarda top qovmaq niyyətindədir. Bunun üçün də onun ABŞ-a yollanacağı və futbolçu karyerasını orada başa vuracağı gözlənilir. Almaniya millisinin sabiq üzvü son qərarını mövsümün sonunda verəcək.

Qeyd edək ki, Kloze paytaxt təmsilçisinə 2011-ci ildə “Bavariya”dan transfer olunub.