Siyəzən rayonunda azyaşlı uşaq açıq qalan pəncərdən yıxılaraq vəfat edib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 15-də Siyəzən rayonunda yaşayan azyaşlı Dilək Məmmədova 4-cü mərtəbədə yerləşən mənzillərinin pəncərəsindən yıxılıb.
Xəstəxanaya yerləşdiriən uşaq orada ölüb. Araşdırma aparılır.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir neçə gün öncə valideynlərə uşaqların nəzarətsiz qalmaması ilə bağlı xəbərdarlıq edib. Müraciətdə son vaxtlar nəzarətsiz qalaraq yıxılıb dünyasını dəyişən uşaqların sayının artdığı qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər