Daha bir yeni qatar sərnişinlərin istifadəsinə verildi - Fotolar

daha-bir-yeni-qatar-sernisinlerin-istifadesine-verildi
Oxunma sayı: 2669

“Bakı Metropoliteni” QSC 2023-cü ildə də yeni vaqonların sifarişini planlaşdırır.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, bu məqsədlə texniki tapşırıqların hazırlanması istiqamətində iş aparılır.

Bildirilib ki, yeni müqavilənin uzunmüddətli olaraq bağlanması əsas hədəflərdəndir: “Eyni zamanda yeni vaqonların istehsalı ilə bağlı tərəfdaşın seçilməsi, sifariş həcmi və digər məsələlər barədə əlavə məlumatlar bütün prosedurlar tamamlandıqdan sonra ictimaiyyətə təqdim ediləcək. Ümumilikdə 2015-ci ildən indiyədək 22 yeni qatar alınıb”.

Rəsmi məluata görə, 2022-ci ilin sonlarında gətirilmiş 4 yeni qatardan sonuncusu da sazlama və sınaq işlərindən sonra bu gün xəttə verilib. Hazırda metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarlarının sayı 23-ə və yaxud vaqonların sayı 115-ə çatdırılıb.