“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Alı Alıyev bildirib ki, bu gün respublikada rayon mərkəzlərinin və kəndarası yollar abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Bu proses Füzuli rayonunda da geniş vüsət alıb.
Bildirilib ki, hazırda ümumi uzunluğu 32,6 kilometr olan rayon daxili yolun digər hissəsində işlər davam etdirilir. Sonra Mirzənağılı, Əhmədalılar, Arayatılı, Kərimbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Şükürbəyli kəndindən keçən hissəsində 3000 nəfər əhalinin istifadə edəcəyi hissəsində 5342 (beş min üç yüz qırx iki) metr asfalt yol kənd sakinlərinin istifadəsinə verilib
Son xəbərlər
Son Xəbərlər