“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mercedes”də olan sərnişin Gəncə şəhər sakini 1991-ci il təvəllüdlü Elmin Məmmədov və “VAZ 2107” markalı avtomobildə olan 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Cəfər Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Xəsarət alanların hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər