“Daha bu barədə danışan deyiləm” - Samir Abasov

daha-bu-barede-danisan-deyilem
Oxunma sayı: 1972

"Neftçi"nin baş məşqçisi AFFA İcraiyyə Komitəsinin qərarlarına münasibə bildirib.

“Qafqazinfo” xəbər verir ki, 44 yaşlı mütəxəssis qərarlarla tam tanış olmadığını söyləyib.

O, hər zaman limitə qarşı olduğunu söyləyib:

"O vaxt da fikirləşirdim ki, bu, inkişafa mane olur. Həmin ərəfədə 2-3 jurnalisti çıxmaq şərti ilə, heç kim mənim fikrimlə razılaşmadı. Əməlli-başlı təzyiq oldu. İndi isə "Niyə limit ləğv olunmur" sualı verilir. Bu suallardan, qərarlardan danışası deyiləm. Bir dəfə fikir bildirdim, hamının patriotluğunu gördüm".