“Daha çox səs toplayacağıq və qalib gələcəyik”

daha-cox-ses-toplayacagiq-ve-qalib-geleceyik
Oxunma sayı: 3612

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qələbə qazanacağına əmin olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə öz tviter səhifəsində məlumat yayıb.

“Biz 14 may ilə müqayisədə mayın 28-də daha çox səs toplayacağıq və qalib gələcəyik. Ümid edirəm ki, bu, tarixi olacaq”, - o yazıb.