Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibə verib.
"Qafqazinfo" xəbər verir ki, 53 yaşlı mütəxəssis Azərbaycan yığmasının AÇ-2020-nin seçmə mərhələsindəki çıxışını dəyərləndirib:
“Rəqiblərimiz üçün əlverişsiz idik. Daha çox xal toplaya bilərdik. Azərbaycanda oyunçular bazası reytinqimizi nəzərə alsaq, keyfiyyətlidi. Çempionat baxımından isə 8 komanda var idi və 40-dək oyunçu arasından 20-25-ni seçməli idik. Düşünürəm ki, sıçrayışdan məmnun olmalıyıq. Amma Macarıstanda son dəqiqələrdə təmiz qolumuz oğurlandı. Xorvatiya, Uels və elə Macarıstanın özünün necə uyğunsuz vəziyyətə düşdüyünü görməyə dəyərdi”.
Qeyd edək ki, Azərbaycan millisi qrupda 1 xal toplamışdı.
Son xəbərlər
Son Xəbərlər