Daha dörd kəndə təbii qaz veriləcək

daha-dord-kende-tebii-qaz-verilecek
Oxunma sayı: 877


Hazırda Qax şəhərində və rayonun 12 kəndində “mavi yanacaq” şölələnir. Bu yaşayış məntəqələrində 30 min nəfərə yaxın əhali yaşayır.

“Qafqazinfo” xəbər verir ki, hazırda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən daha 4 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində işlər aparılır. İlisu və Şotavar kəndlərinə daşıyıcı qaz xətlərinin çəkilişi artıq başa çatdırılıb və mənzillərin qazlaşdırılmasına başlanıb. Qıpçaq və İngiloy-Kötüklü kəndlərinə isə daşıyıcı xətlərin çəkilişi davam etdirilir. 2014-cü ildə bu kəndlərə də təbii qaz verilməsi təmin olunacaq.