Daha iki hərbi komissarlıqda əməliyyat keçirildi

daha-iki-herbi-komissarliqda-emeliyyat-kecirildi
Oxunma sayı: 7401

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad rayon şöbələrində də  əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, qanun pozuntuları ilə bağlı keçirilən əməliyyat tədbirlərinin detalları barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, bundan əvvəl Xidmətin Xaçmaz Rayon Şöbəsində əməliyyat keçirilib.