Daha iki kənd terrorçulardan təmizləndi

daha-iki-kend-terrorculardan-temizlendi
Oxunma sayı: 1612

“Zeytun budağı” əməliyyatının 23-cü günündə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin qərbindəki Hacı İsgəndər və Sərincək kəndlərini PYD/PKK-dan təmizləyib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, gün ərzində ümumilikdə 19 hədəf məhv edilib.

Bununla da terrorçulardan təmizlənən məntəqələrin sayı 49-a çatıb. Onlardan 32-si kənddir.

Qeyd edək ki, 23 gün ərzində 1266 terrorçu zərərsizləşdirilib.