“Qafqazinfo” xəbər verir ki, bu gün mübarizə qadınlar arasında gedib. Azərbaycanı bugünki yarışlarda 4 idmançı təmsil edib: Sevinc Bünyatova, Sevil Bünyatova, Fatimə İbrahimova və Səbinə Mikina.
Qılıncoynadanlarımız Sevinc Bünyatova və Səbinə Bünyatova qrupda keçirdikləri oyunlarda qələbə qazanaraq 1/8 finala yüksəliblər.
***
Yarımfinalda Sevil fransalı Marqo Rifkisslə qarşılaşıb. Həmyerlimiz bu dəfə də inamlı çıxış edərək, rəqibindən üstün olub - 15:9.
Onun bacısı isə finala vəsiqə üçün saat 19:15-də polşalı Anjelika Vatorla üz-üzə gələcək.
***
Yarımfinalda digər idmançımız Sevinc Bünyadova isə polşalı rəqibi Angelika Vatora məğlub olub. O, 11:15 hesabı ilə bürünc medalla kifayətlənib.
***
Sevil Bünyadova görüşdə A.Vator ilə qarşılaşıb. İdmançımız 15:14 hesabı ilə uduzub, gümüş medalın sahibi olub.
Son xəbərlər
Son Xəbərlər