Daha iki məktəb koronavirusa görə bağlandı

daha-iki-mekteb-koronavirusa-gore-baglandi
Oxunma sayı: 2934

Azərbaycanda daha iki məktəb koronavirus səbəbindən distant təhsilə keçib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb yoluxmaya görə bağlanıb.

Distant təhsilə keçən digər məktəb isə Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsidir. Məktəbdən məlumatı təsdiqləyiblər.

Bildirilib ki, məktəb bu gündən etibarən fəaliyyətini dayandırıb.