Azərbaycanda daha iki nəfər yol qəzasında həlak olub.
“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə Şəmkir rayonunun “QES yolu” adlanan ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında maneəyə çırpılması nəticəsində bir nəfər gənc hadisə yerində vəfat edib. Digər bir gənc isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bu gün Quba- Xaçmaz yolunda baş vermiş dəhşətli qəza nəticəsində 4 nəfər həyatını itirib.
***
Şəmkirdə yol nəqliyyat qəzasında ölənlərin kimlikləri məlum olub. Hadisə yerində ölən şəxs sərnişin, Keçili kənd sakini 1997-ci il təvəllüdlü Nüsrət Rzazadə, ağır vəziyyətdə xəstəxanaya çatdırılan və orada dünyasını dəyişən sürücü isə 1986-cı il təvəllüdlü Raul İsazadədir.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər