Martın 10-da Efiopiyada 157 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra Latın Amerikasına məxsus 3 aviaşirkət “Boeing 737 MAX” təyyarələrindən istifadəni dayandırıb.
“Qafqazinfo”nun “FlightGlobal” portalına istinadən verdiyi məlumata görə, “Aerolineas Argentinas” 5, “Aeromexico” 6, “Gol” aviaşirkəti isə 7 təyyarə ilə uçuşu ləğv edib.
Qeyd olunur ki, bu qərar Braziliya Milli Mülki Aviasiya Agentliyi (ANAC) ilə məsləhətləşmədən sonra verilib.
Xatırladaq ki, qəzadan sonra Efiopiya başda olmaqla Çin, Böyük Britaniya, İndoneziya və Sinqapur da “Boeing” təyyarələrindən istifadəni dayandırıb.
***
“Viet Nam News” xəbər verir ki, Vyetnam Aviasiya İdarələri Efiopiyadakı qəzanın səbəbləri müəyyənləşdirilib ictimaiyyətə açıqlanmayana qədər yerli aviaşirkətlərə “Boeing 737 MAX” təyyarələrindən uçuşa görə lisenziya verməyəcək.
***
“Sky News” portalının məlumatına görə, Avstraliya hökuməti də “Boeing” sərnişin təyyarələri ilə uçuşu dayandırıb.
Son xəbərlər
Son Xəbərlər