"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Alı Alıyev açılış mərasimində çıxış edərək respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb. O, qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib.
Açılış mərasimində bildirilib ki, 9 və 8 №-li Qayıdış qəsəbələrinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edir. Qəsəbələrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.
Son xəbərlər
Son Xəbərlər