Daha üç erməni hərbçinin meyitinin qalıqları tapıldı

daha-uc-ermeni-herbcinin-meyitinin-qaliqlari-tapildi
Oxunma sayı: 1570

Qarabağda döyüşlər zamanı ölən daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

"Qafqazinfo" erməni KİV-nə istinadən xəbər verir ki, qalıqlar Xocavənd rayonu ərazisində aşkarlanıb.

Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 579-a çatıb.