Daha üç məktəb əyani tədrisə qayıtdı

daha-uc-mekteb-eyani-tedrise-qayitdi
Oxunma sayı: 1359

Paytaxtdakı 60, 179 və  271 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, adıçəkilən məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.