“Qafqazinfo”nun məlumatına görə, Gəncədəki Heydər Əliyev park-kompleksinin amfiteatrında keçirilən forumda Gəncə ilə yanaşı, Şəmkir, Samux və Göygöl rayonlarının uşaqları da iştirak edirlər.
Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə və “Pendik” Anaokulu Elitar Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynurə Abdullayeva çıxış edərək forumun əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, əsas məqsəd Azərbaycanda sağlam və hərtərəfli inkişaf etmiş uşaqların böyüməsinə dəstək olmaq, uşaq hüquqlarının müdafiəsi, nəzarət və onlara diqqətin artırılması, eləcə də uşaqlar arasında maarifləndirmə işləri aparmaq, istedadlıların tanınmasına şərait yaratmaqdır.
Sonra söz uşaqlara verilib. Onlar öz maraqları çərçivəsində əyləncəli şou və musiqi nömrələri ilə, eləcə də şeir və səhnəciklərlə çıxış ediblər. Fərqlənənlərə hədiyyələr təqdim olunub.
Regional uşaq forumu iki gün davam edəcək.
Son xəbərlər
Son Xəbərlər