“Daily Mail” Melaniya Trampdan o sözə görə üzr istədi - Təzminat ödəyəcək

daily-mail-melaniya-trampdan-o-soze-gore-uzr-istedi
Oxunma sayı: 631

Daily Mail nəşri ABŞ-ın birinci ledisi Melaniya Trampdan üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, birinci xanım üzrxahlıq və mənəvi zərərə görə tələb etdiyi kompensasiyanı qəbul edib. 

Xatırladaq ki, ötən ilin avqustunda nəşr həyat yoldaşının fotoları və sual dolu keçmişi ilə əlaqədar Trampın seçki yarışında uduza biləcəyinə dair məqalə yayımlamışdı. 

Yazıda Melaniyanın model olaraq çalışdığı agentliyin varlı müştərilər üçün fahişə xidməti göstərdiyi vurğulanmışdı. 

Birinci ledinin vəkili London Ali Məhkəməsində çıxışı zamanı bildirib ki, həmin məqalə Melaniyanı peşəkar model olaraq şübhə altında qoyur: “Fərziyyələr yaratdılar ki, o, modellikdən başqa, digər xidmətlər də göstərib”.

“Daily Mail”in birinci lediyə ödəyəcəyi təzminatın miqdarı isə açıqlanmasa da, Reuters məbləğin 3 milyon dollar olduğunu iddia edir.