Dairəvi yolda təmir işi yekunlaşır

dairevi-yolda-temir-isi-yekunlasir
Oxunma sayı: 976


"Qafqazinfo" qurumun saytına istinadən xəbər verir ki, yolun şəhər istiqamətinə doğru olan 14 kilometrlik hissəsinin təqribən 13 kilometrində təmir işləri artıq yekunlaşıb. Yolun 1 kilometrlik hissəsində isə təmir-tikinti işləri davam etdirilir. Hələlik sürücülər yolun məhz təmir olunmuş hissəsindən, daha dəqiqi “maşın bazarı” istiqamətinə doğru çıxan yola qədər istifadə edə bilirlər. Bakı dairəvi yolla şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri “maşın bazarı” istiqamətinə çıxmaqla rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər. “20 Yanvar” dairəsinə, Biləcəri qəsəbəsi və Sumqayıt şəhərinə doğru hərəkət edən nəqliyyat vasitələri isə yolun 9,5 kilometrlik hissəsində yaradılmış keçiddən istifadə edərək Bakı Dairəvi yolun əks istiqamətinə çıxmaqla hərəkət edə bilərlər.