Dairəvi yoldan istifadə edən sürücülərə xəbərdarlıq

dairevi-yoldan-istifade-eden-suruculere-xeberdarliq
Oxunma sayı: 1679

"Bakı Dairəvi-1" avtomobil yolunda yenidənqurma işləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi yayıb. Bildirilir ki, yolda rahat hərəkətin təşkili üçün dəyişikliklər aparıldığı üçün əsas yolla köməkçi yol arasında yerləşən təhlükəsizlik sədlərinin sökülməsi işləri görülür. Sözügedən işlər axşam saatlarınadək davam etdiriləcək. Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.