Dairəvi yoldan istifadə edənlərin nəzərinə

dairevi-yoldan-istifade-edenlerin-nezerine
Oxunma sayı: 2910

Bakı Dairəvi-1 yolunun bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qafqazinfo” “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə istinadən məlumat verir ki, bu gün Bakı Dairəvi-1 avtomobil yolunun köməkçi hissəsində, Yeni Yasamal istimətindən Dairəvi yola giriş-çıxış yolunda hərəkət qismən məhdudlaşdırılır. Səbəb yola üfüqi nişanlama xətlərinin çəkilməsidir.

Sürücülərdən həmin istiqamətdə sıxlıq yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yolda hərəkət günün sonunda bərpa ediləcək.