DAK-dan sərt qərar

dak-dan-sert-qerar
Oxunma sayı: 657

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, iclasda DAK İdarə Heyətinin 10 üzvü, DAK Nəzarət-Təftiş Komissiyasının 4 üzvü iştirak edib. Toplantıda bir sıra mühüm qərarlar qəbul olunub. Belə ki, DAK-ın XII Qurultayının 2012-ci ilin yazında keçirilməsi nəzərdə tutulur. Bununla bağlı DAK İdarə Heyətinin tərkibində İşçi Qrupu yaradılıb. Eyni zamanda DAK-ın Şərqi Avropa üzrə daimi nümayəndəliyinin yaradılması qərara alınıb. Bundan əlavə, DAK-ın Nizamnaməsinə dəyişiklik edilməsi üçün komissiya yaradılıb. Komissiya və İşçi Qrupu müvafiq təkliflərini hazırlayıb DAK İdarə Heyətinə təqdim etməlidir.

Eyni zamanda iclasda təşkilat daxilində pozuculuq işləri və təxribatçılıqla məşğul olan DAK İdarə Heyəti üzvlərinin məsələsi müzakirə olunub. DAK-ın Nizamnaməsini kobud surətdə pozduqlarına, konqresin İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası adından mətbuata yalan məlumatlar ötürdüklərinə görə təşkilatın İdarə Heyətinin üzvləri Mirəşrəf Fətiyev, Səftər Rəhimli və Hüseyn Vüsuqinin fəaliyyətləri qurultaya qədər dondurulub. Bundan başqa, DAK İdarə Heyətinin üzvü kimi səlahiyyətlərini yerinə yetirmədiklərinə görə Baba Tağıyev və Oktay Hüseynova sonuncu xəbərdarlıq edilib.