Damı uçan məktəbdə tədris dayandırıldı

dami-ucan-mektebde-tedris-dayandirildi
Oxunma sayı: 2934

Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin damının uçması ilə əlaqədar orada tədris dayandırılıb.

Bu barədə “Qafqazinfo”ya Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, dərslər onlayn keçiriləcək: “Təhlükəsizlik tədbirdləri ilə əlaqədar olaraq Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən dərslərin başlama tarixi barədə qərar veriləcək. Buraxılmış proqram materiallarının tədrisi isə əlavə dərs saatları və onlayn dərslər hesabına təmin ediləcək”.

Xəbəri rus dilində oxuyun: Задержан мужчина, убивший своего брата

Видео, которым поделился Элариз из США, вызвало большой интерес