Dani Alveşdən rekord

dani-alvesden-rekord
Oxunma sayı: 2359

Braziliya millisinin üzvü Dani Alveş yığmada yeni rekorda imza atıb.

“Qafqazinfo” xəbər verir ki, o, buna DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Kamerunla oyunda meydana çıxmaqla nail olub. 39 yaş 210 günlüyündə olan müdafiəçi milli ilə mundiallarda oynayan ən yaşlı futbolçu adını qazanıb. 

Qeyd edək ki, D.Alveş 2006-cı ildən Braziliya millisinin üzvüdür.

Əlavə edək ki, DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda 1/8 finala vəsiqəni təmin edən Braziliya 3-cü turda Kameruna uduzub - 0:1.