Dani Alveşin yeni klubu açıqlandı

dani-alvesin-yeni-klubu-aciqlandi
Oxunma sayı: 1572

Braziliya millisinin ulduz futbolçusu Dani Alveşin yeni klubu açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, təcrübəli futbolçu karyerasını ölkəsində davam etdirəcək.

36 yaşlı Alveş "San Paulo" klubu ilə 2022-ci ilin dekabrına qədər müqavilə imzalayıb. O, yeni klubunda 10 nömrəli formanı tərlədəcək.

Qeyd edək ki, son olaraq PSJ-də çıxış edən Alveş yeni klubuna azad agent kimi keçib.