“Yuventus”dan ayrılan Dani Alveş PSJ-yə transfer olub.
“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin “Mançester Siti” keçidi gündəmdə olsa da, futbolçu həftəlik 135 min avroluq təklifi bəyənməyib.
Alveş həftəyə 260 min avro verəcək PSJ-nin təklifini qəbul edib.
Məlumata görə, braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Alveş “Yuventus”un heyətində 33 oyunda 6 qol və 6 məhsuldar ötürməyə imza atıb.

Son xəbərlər
Son Xəbərlər