Dani Kintana Avroliqanın 5 “ən yaxşısı” arasında

dani-kintana-avroliqanin-5-en-yaxsisi-arasinda
Oxunma sayı: 895

UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü turundan sonra futbolçuların reytinq cədvəlini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ən yaxşı 5 futbolçu sırasına “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana da düşüb. İspan futbolçu 5110 xalla “Sevilya”lı Franko Vaskesdən (5537 xal) sonra ikinci yeri turur.

Dani 3 qrup oyununda 184 dəqiqə meydanda olub, 2 qol vurub və 2 qolun ötürməsini edib. Onun dörd zərbəsi çərçivəyə gedib. Bundan başqa Daninin dəqiq ötürmələrinin sayı 82-yə çatıb.

İlk beşlikdə sonrakı üç yeri müvafiq olaraq Sergey Milinkoviç-Saviç (“Latsio”), Doniell Malen (PSV) və Brunu Fernandeş (“Sportinq”) tutur.