Bu gün dünya çempionatında D qrupunun matçları başa çatacaq.
“Qafqazinfo” xəbər verir ki, Avstraliya Danimarka ilə, Fransa Tunislə qarşılaşacaq.
Bu qrupda növbəti mərhələyə çıxacaq ikinci komandanın da adına aydınlıq gələcək.
Fransa artıq növbəti mərhələyə vəsiqəni təmin edib.
DÇ-2022
D qrupu
3-cü tur
Avstraliya - Danimarka
Tunis Fransa
Tunis - Fransa matçı üçün komandaların heyəti:
Tunis: 16. Aymen Dahmen, 15. Muhammed Ben Romdahne, 5. Nader Qandri, 21. Vacdi Keçrida, 10. Vahbi Xazri, 14. Aissa Layduni, 12. Ali Maalul, 4. Yassin Meria, 17. Elliess Sxiri, 25. Ben Slimani, 3. Montassar Talbi
Fransa: 16. Stiv Mandanda, 25. Eduardo Kamavinqa, 20. Kinqsli Koman, 3. Aksel Disasi, 13. Yusuf Fofana, 6. Matteo Qenduzi, 12. Randal Kolo Muani, 24. İbrahima Konate, 8. Aurelien Çaumeni, 4. Rafael Varan, 15. Cordan Veretut
Avstraliya - Danimarka matçı üçün komandaların heyəti:
Avstraliya: Metyu Rayan, Degenek, Kay Rouls, Harri Suttar, Aziz Behiç, Aaron Muy, Rayli Makqri, Cekson İrvin, Mettyu Leki, Mitçell Dyuk, Kreyq Qudvin.
Danimarka: Kasper Şmeyxel, Andreas Kristensen, Yoaxim Andersen, Yoakim Mehle, Kristian Eriksen, Pye-Emil Hoybyerq, Andreas Kristensen, Matias Yensen, Andreas Olsen, Yesper Lindström, Martin Breytueyt
***
Matçlar başladı.
***
Matçlarda ilk hissələr başa çatdı. Heç bir oyunda hesab açılmayıb.
***
Hər iki matçda ikinci hissə başladı.
***
Tunis hesabı açdı. Xazri 58-ci dəqiqədə fərqləndi.
***
Avstraliya Danimarka ilə oyunda hesabı açdı. Leckie 61-ci dəqiqədə fərqlənir.
***
Avstraliya - Danimarka matçı başa çatdı.
Qeyd edək ki, turnirdən öncə Avstraliya qrupunda növbəti mərhələ şansları ən az dəyərləndirilən komanda idi.
***
Fransa Tunislə oyunda hesabı bərabərləşdirdi. Qrizmann 90+8-ci dəqiqədə fərqləndi. Lakin hakim qolu ləğv etdi. Tunis Fransa matçı başa çatdı.