Danimarka dünyada bir ilkə imza atmağa hazırlaşır.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, ölkə “enerji adası” tikmək qərarına gəlib.
Nəhəng ada milyonlarla evi elektrik enerjisi ilə təmin edəcək gücdə olacaq.
Şimal dənizində inşa ediləcək tikilinin ilkin mərhələdə üç milyon evi enerji ilə təmin edəcəyi açıqlanıb.
Bu, dünya miqyasında bərpaolunan enerjidən yararlanmaq üçün mühüm addım hesab edilir. Layihə Danimarka parlamentində də təsdiqlənib.
Ölkə tarixinin ən böyük layihəsi olan “enerji adası” 18 futbol meydançası miqyasında ərazini əhatə edəcək. Layihənin icrasına 2026-cı ildə başlanacaq. Təsisin 2033-cü ildə istifadəyə veriləcəyi bildirilib.
Tikilinin 51 faizi dövlətə məxsus olacaq və 34 milyard dollara başa gələcək.
Son xəbərlər
Son Xəbərlər