Danimarka millisinin üzvündə şəkərli diabet aşkarlandı

danimarka-millisinin-uzvunde-sekerli-diabet-askarlandi
Oxunma sayı: 1034

Futbol üzrə Danimarka yığmasının və Fransanın “Nitsa” klubunun hücumçusu Kasper Dolberqdə şəkərli diabet xəstəliyi aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə 24 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb:

“Əziz azarkeşlər, bu həftə tibbi müayinələr nəticəsində məndə 1-ci tip şəkərli diabet aşkarlandı. Əlbəttə, bu, mənim üçün sürpriz oldu. Amma həm də son iki həftədə özümü niyə pis hiss etdiyimi öyrənməyimə çox şad oldum”.

Dolberq 2019-cu ildən “Nitsa”da çıxış edirdi. Gənc forvard Danimarka yığmasında keçirdiyi 32 oyunda 10 qola imza atıb.