Danimarka Rusiyanı darmadağın edib 1/8 finala yüksəldi

danimarka-rusiyani-darmadagin-edib-18-finala-yukseldi
Oxunma sayı: 2050

AÇ-2020-də qrup mərhələsinin oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

B qrupu çərçivəsində Rusiya – Danimarka və Finlandiya – Belçika görüşləri keçirilib. Belçika yığması son oyunda da qalib gəlməklə 1/8 finala qrup lideri kimi yüksəlib. Digər oyunda Danimarka yığması rusları böyük hesabla məğlub edib. Son üç pillənin sahibləri eyni xala malik olsa da, daha yaxşı top fərqinə malik Danimarka millisi qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.

AÇ-2020
21 iyun

B qrupu

Rusiya – Danimarka 1:4
Qol: A.Dzyuba, 70-pen – M.Damsqaard, 38. Y.Poulsen, 59. A.Kristensen, 79. Y.Mehle, 82.
Baş hakim: Klemen Turpen (Fransa).
Kopenhagen. “Parken” stadionu.

Finlandiya – Belçika 0:2
Qol: L.Hradeçki, 74-öz qapısına. R.Lukaku, 81.
Baş hakim: Feliks Brıx (Almaniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.