Danimarka yarımfinalda - Yenilənib

danimarka-yarimfinalda
Oxunma sayı: 4910

Bu gün Avro-2020-nin 1/4 finalı çərçivəsində növbəti görüş baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları üz-üzə gələcək.

Bu qarşılaşmanın qalibi yarımfinalda Ukrayna – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.

Avro-2020

1/4 final

Çexiya - Danimarka

***

Matç başladı.

***

Danimarka hesabı açdı. Delaney 5-ci dəqiqədə fərqlənir.

***

Danimarka hesabı 2:0 edir. Qolun müəllifi isə Dolberqdir. 

***

İlk 45 dəqiqə başa çatdı.

***

İkinci hissə başladı.

***

Çexiya fərqi azaldır. Patrik Şik 49-cu dəqiqədə fərqlənir.

***

Matç başa çatdı. Danimarka yarımfinala adlayır.