Danimarkada İraq səfirliyi qarşısında Quran yandırıldı

danimarkada-iraq-sefirliyi-qarsisinda-quran-yandirildi
Oxunma sayı: 2610

Bu gün Danimarkanın paytaxtı Kopenhagendə İraq səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

“Qafqazinfo” xarici  KİV-ə istinadən xəbər verir ki, aksiya zamanı iki etirazçı Qurani-Kərimi yandırıb.

Həmçinin, "Danimarka Patriotları" adlanan qrup üzvləri səfirliyin önündə İraq bayrağını tapdalayıblar.

Qeyd edək ki, son aylarda Danimarka və İsveçdə bir neçə Qurani-Kərim yandırılıb.