Danimarkada qadınları da hərbidə görmək istəyir

danimarkada-qadinlari-da-herbide-gormek-isteyir
Oxunma sayı: 1987

Danimarka Müdafiə Nazirliyinin rəhbəri Yakob Ellemann-Yensen məcburi hərbi xidmətin təkcə kişilər üçün deyil, qadınlar üçün də olmasını təklif edib.

“Qafqazinfo” xəbər verir ki bu barədə “TB2” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Danimarka ölkəni, eləcə də öz sərhədlərindən kənarda maraqlarını qorumağı bacarmalıdır.

“Biz piratçılıqla mübarizə aparmağı bacarmalıyıq, müttəfiqlərimizi dəstəkləməliyik”, - deyə o bildirib.