Danimarkada sərt karantin rejimi uzadıldı

danimarkada-sert-karantin-rejimi-uzadildi
Oxunma sayı: 781

Danimarka hökuməti koronavirusla mübarizədə tətbiq edilən məhdudiyyətləri daha 3 həftə uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mette Frederiksen məlumat verib. Bildirib ki, koronavirusun mutasiyaya məruz qalmış yeni növü sürətlə yayıldığı üçün ölkədə sərt karantin rejimi fevralın 28-dək uzadılıb.

İbtidai sinif şagirdlərinin normallaşma çərçivəsində ilk növbədə məktəbə qayıtmasının planlaşdırıldığını vurğulayan Baş nazir məhdudiyyətlərin ötən ilə nisbətən yüngül olacağını vurğulayıb.

Qeyd edək ki, dekabrın 16-da Danimarkada qəbul edilən qərara əsasən, market və apteklər xaricində bütün mağazalar bağlanıb. Dövlət işçiləri evlərinə göndərilib və təhsil müəssisələri distant təhsilə başlayıb.

Yanvarın 5-də alınan qərarla yalnız 5 nəfərin bir araya gəlməsinə icazə verilib.