Danimarkada terrora hazırlaşan 20 nəfər tutuldu

Danimarkada terrora hazırlaşan 20 nəfər tutuldu
Oxunma sayı: 515

Danimarka polisi irimiqyaslı antiterror əməliyyatı zamanı ölkədə terrora hazırlaşan 20 nəfəri saxlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ölkə üzrə onlarla məkanda axtarış aparıb. Əməliyyatda müxtəlif şəhərlərdən bir neçə polis şöbəsi iştirak edib.

Saxlanılanlardan artıq bir neçəsinə qarşı ittiham irəli sürülüb və onlar tezliklə hakim qarşısına çıxarılacaqlar. Saxlanılanlar terror aktı törətmək üçün odlu silah və partlayıcı vasitələr əldə etməyə cəhddə şübhəli bilinirlər.

Kopenhagen polisi tutulanların İŞİD üzvü ola biləcəyini istisna etmir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi