Danimarkada ticarət mərkəzində atışma - 3 ölü - Yenilənib

danimarkada-ticaret-merkezinde-atisma
Oxunma sayı: 2854

Danimarkanın paytaxtı Kopenhagendə “Field” ticarət mərkəzində silahlı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Danimarka polisi silahlı hücum nəticəsində çox sayda ölü və yaralı olduğunu açıqlayıb.

Bildirilib ki, hadisə yerinə çoxlu sayda təcili yardım və polis maşınları cəlb olunub.

Ticarət mərkəzində olanlardan polis gələnə qədər oranı tərk etməmələri istənilib.

Danimarka mediası hadisə yerində bir nəfərin saxlanıldığını açıqlayıb.

***

Danimarkada atışma nəticəsində 3 nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb. Yaralılardan üçünün vəziyyətinin kritik olduğu bildirilir. Ölənlərdən biri 47 yaşlı Rusiya vətəndaşıdır.