Danimarkanın Türkiyədəki səfiri XİN-ə çağırıldı

danimarkanin-turkiyedeki-sefiri-xin-e-cagirildi
Oxunma sayı: 1698

Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə XİN məlumat yayıb.

“Bu gün (14 aprel) Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və şanlı bayrağımıza qarşı törədilən alçaq hücumu bir daha qınayırıq. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, ifadə azadlığı adı altında bu alçaq hücumlara icazə verilməsi yolverilməzdir. Bu məsələ ilə bağlı mövqeyimiz nazirliyə çağırılan Danimarkanın Ankaradakı səfirinə çatdırıldı”, - məlumatda qeyd olunub.