Danışılmış oyunlara görə Azərbaycan klubundan qovulan futbolçu Rusiyada oynayacaq

danisilmis-oyunlara-gore-azerbaycan-klubundan-qovulan-futbolcu-rusiyada-oynayacaq
Oxunma sayı: 1695

Adı danışılmış oyunlarda hallandığı üçün “Şamaxı”dan qovulan gürcüstanlı futbolçu Giorgi Kantariyanın yeni komandası müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını Rusiyanın I Liqasında davam etdirəcək. 

O, “Sokol”la mövsümün sonuna qədər müqavilə bağlayıb.

Qeyd edək ki, Giorgi Kantariya “Şamaxı”ya cari mövsümün əvvəlində keçmişdi.