Danışılmış oyunlarla bağlı ilk etiraflar

danisilmis-oyunlarla-bagli-ilk-etiraflar
Oxunma sayı: 648

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Akın Fənərbaxçadan pul, Beşiktaşdan isə transfer təklifi aldığını etiraf edib. Akın Fənərbaxça-İstanbul BŞB oyunundan əvvəl Fənərbaxça rəhbərliyinin ona 100 min dollar göndərdiyini, Türkiyə kubokunun final oyunundan əvvəl isə Beşiktaşdan transfer təklifi aldığını bildirib. Alın da kubok öncəsi transfer təklifi aldığını və anlaşdığını qəbul edib. Bundan əlavə, Beşiktaş rəhbəri Serdal Adalının Türkiyə Kubokunun final oyunundan əvvəl İbrahim Akına 200 min dollar dəyərində yarış atı hədiyyə etdiyi də bildirilir.

Səidə