“Danışıqlar asan getmir”

danisiqlar-asan-getmir
Oxunma sayı: 1524

“Rusiya və Ukrayna arasında danışıqlar asan getmir”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyan ilə görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Həmkarım və dostumla Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların necə getdiyi barədə danışdım. Danışıqlar asan getmir, lakin biz danışıqların qarşısına qoyulan bütün tapşırıqların həyata keçməsinə nail olacağıq”, - deyə Lavrov söyləyib.