“Danışıqlar çətin olacaq” - Putinin mətbuat katibi

danisiqlar-cetin-olacaq
Oxunma sayı: 2073

Rusiya prezidenti Vladimir Putinin İlham Əliyev və Serj Sarkisyanla danışıqları asan olmayacaq.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, belə bir proqnozla prezident Putinin mətbuat katibi Dmitriy Peskov çıxış edib:

“Danışıqlar, əlbəttə ki, çətin olacaq. Əsas tapşırıq indi hərbi əməliyyatların yenilənməsindən sığortalanmaq olacaq. Çox gərgin iş günü olacaq”.

Peskov, həmçinin qeyd edib ki, Putin hər iki ölkə lideri ilə ayrılıqda, daha sonra üçtərəfli görüşəcək.

Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün tvitter hesabında görüşün Konstantin sarayında baş tutacağını bildirib. 

Qeyd edək ki, artıq Ermənistan prezidenti Serj Sarkisyan hazırda Sank-Peterburqdadır.