“Danışıqlarda əldə olunan proqres məhduddur”

danisiqlarda-elde-olunan-proqres-mehduddur
Oxunma sayı: 1605

“Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda əldə olunan proqres məhduddur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.

“Hesab edirik ki, əldə olunan proqres məhduddur. Bunun da səbəbi Ermənistanın sərgilədiyi qeyri-konstruktiv və ardıcıl olmayan mövqedir”, - deyə nazir qeyd edib. 

Ceyhun Bayramov xatırladıb ki, post-münaqişə dövründə Azərbaycanın sülh gündəliyinə uyğun olaraq bu il fevral ayında sülhlə bağlı 5 baza prinsipi Ermənistan tərəfinə təqdim edib.

Eldar Tanrıverdi