DANX-dən sərnişinlərə müraciət

danx-den-sernisinlere-muraciet
Oxunma sayı: 1707

Xəbər verdiyimiz kimi, noyabrın 1-dən etibarən Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bununla bağlı sərnişinlərə müraciət edib.

Monitorinqlər 3 istiqamətdə həyata keçirilir:

Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı),

Paytaxt-Region və əks istiqamət,

Beynəlxalq istiqamətlər üzrə.

Bununla bağlı DANX-nin sözçüsü Nuridə Allahyarova da açıqlama yayıb: “Noyabrın sonuna qədər davam edəcək cari monitorinqlərlə paralel, respublikanın müxtəlif regionlarından paytaxta sərnişindaşıma zamanı qarşılaşdığınız problemləri qeyd etməyinizi rica edirəm.

Təklif və iradlarınız yalnız (012) 566 - 52 - 58 nömrəli qaynar xəttimizi yığaraq səsləndirdiyiniz zaman qeydə alınacaq!

İlk sorğum Azərbaycan Respublikasının şimal-qərb coğrafi məkanını əhatə edən Şəki-Zaqatala iqtisadi rayonu üzrə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarından paytaxt istiqamətində və şəhərdaxili sərnişindaşımada göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır”.