Darya barəsində həbs qərarı verildi

darya-baresinde-hebs-qerari-verildi
Oxunma sayı: 5091

Sankt-Peterburqda kafedə partlayış törətməkdə şübhəli bilinən Darya Trepova barəsində cari ilin iyunun 2-dək həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsi qərar qəbul edib.

Belə ki, Rusiya İstintaq Komitəsi D.Trepovaya qarşı terror aktı törədilməsi və qeyri-qanuni partlayıcı maddə daşınması ilə bağlı maddələr üzrə ittiham irəli sürüb.

Xatırladaq ki, aprelin 2-də Sankt-Peterburqdakı kafelərdən birində törədilmiş partlayış zamanı hərbi müxbir, Vladlen Tatarski kimi tanınan Maksim Fomin həlak olub. Partlayış nəticəsində 40 nəfər yaralanıb.